Fizika Nədir / Fizika Haqqında qısa məlumat
12/2/2021
🎥 Quran və Elm uyğundurmu ?
Təbiiki cavabımız Bəli !
🍁Aşağıdakı hadisə və teoriyaları nəzərdən keçirək
🍁•Gecə müxtəlif tərəflərə bi ixtiyar dönməyimiz bədənimizin həmin hissəsində qan təzyiqinin sıxıntıdan artdığını göstərir. Məhz buna görə iflic xəstələrini tez tez bel üzərinə qaldırıb təzədən sağa vəya sola döndərirlər.
Bəs Quran nə deyir ?
• Quranda : Kəhf surəsi 18 " Biz onları onlar yatarkən belə sağa sola çevirirdik "
🍁• Big Bang teoriyası : Dünya böyük bir partlama , 0 həcmə düşən kütlədən yəni yoxdan var olmuşdur
•Quranda : Ənam surəsi 101 " O göyləri və yeri yoxdan var edəndir. "
🍁•Planetlərin böyük partlayışdan sonra bir birindən sürətlə uzağlaşmasının kəşfi
•Quranda : Zariyat Surəsi 47 " Biz göyü qüdrətimizlə inşa ettik və şübhəsiz onu genişləndirməkdəyik
🍁•Planetimizin qütb hissələrinin batıq olması
•Quranda : Rad surəsi 41 " Məgər onlar bizim yer üzünün müxtəlif tərəflərindən əksiltdiyimizi görmürlərmi ? "
🍁• Tariq surəsi 11 " And olsun geri qaytaran göyə "
• Surənin tərkibində çox dərin və güclü mənalar yatır. Beləki yerin atmosfer qatları Radiodalğaların kosmosa uçmasına , qarışmasına imkan vermir. Çünki elə bir dizayn edilmişdir ki dalğalar atmosfer təbəqələrinə dəyərək yenidən yer səthinə qayıdır. Əgər bu hadisə baş verməsə idi Radiorabitədən söz belə gedə bilməzdi.
🍁• Dünyanın tam dairə yox oval formasında olması
•Naziat surəsi 30 " Vəl ərzə bəəd zəlikə dəhəhə - Və sonra O Yer kürəsini döşədi "
•Bu cümlədəki " dəhəhə " qədim ərəbcədə " dəvəquşu yumurtası " mənasını verir Ki dəvəquşunun yumurtasıda oval formada olur və üst alt hissələri batıq olur . Buda onu göstərir ki yer kürəsinində qütb hissələri bu formada batıqdır.
🍁•Quranın oxunan bütün hissələri tam olaraq elmlə bağlı olduğu kəşf edilib . Quranın 70% i tamamilə düzgündür. Amma 30 % i hələ kəşf olunmağı gözləyir . Bəs Quran nə deyir ?
•Ali İmran surəsi 7 " Quranın bir hissəsi əsli əsası tam aydın ,möhkəm anlaşılan cümlələr , digər hissəsi isə məğzi aydın olmayan , çətin anlaşılan cümlələrdir. Ürəklərində əyrilik olan şəxslər , məğzi bəlli olmayan cümlələrlə fitnə salmaq istəyərlər . Halbuki onların mənasını Allah və elmini qüvvətləndirdiyi şəxslər aça bilərlər.
🍁• Dağlar sabit dayanmadığı elmdə Dünyanın orbiti üzrə hərəkəti ilə kəşf olundu. Bəs Quran nə deyir ?
• Quranda ": Nəml surəsi 88 " Sən o dağlara baxıb dayanmış ,hərəkətsiz sanarsan .Lakin onlar bulud kimi keçib getməkdədirlər
🍁• Barmaq uclarımızın fərqli olmağı
•Quranda : Qiyamət surəsi 3, 4 " Məgər insan elə bilirki öldükdən sonra onun sümüklərini biryerə yığa bilməyəcəyik ? Biz onların barmaq uclarınıda düzəltməyə qadirik "
🕊️ Quranda Yer Alan Elmi Həqiqətlər
Quranın əvvəlcədən xəbər verdiyi elmi həqiqətlər son II-III əsrdə öz əksini tapmaqdadır. Son dövrlərdə inkişaf edən elm, texnologiya və təfəkkür paralelliyində bəzi həqiqətlər üzə çıxmaqdadır. Çünki, Quranın başa düşülən ayələri ilə bərabər insanın anlaya bilmədiyi bir çox mənalara gələn və bir çox mənaya işarət edən ayələri vardır ki, elm bunu hələ son əsrlərdə sübut etməyə çalışır. Bunlar aşağıdakılardır:
🍁 Dünyanın dönməsi: Bu hadisə Quranın Yasin və Nəml sürələrində yer almışdır. “(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!”. Yenə Yasin sürəsində “Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər”. Bu ayələrdə ayın, günəşin və yerin döndüyünə işarət edilmişdir. Bu ayə nazil olduqdan 1000 il sonra yerin öz oxu ətrafında dövr etdiyini söyləyən Qoliley həbs edilmiş və yandırılmışdır.
🍁 Yerin kürə formasında olması: “Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı)”. Uca Allah bu ayədə dünyanın ellips şəklində olduğu bildirmişdir. “(Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır!”. Bu ayə isə yerin kürə formasında olduğunu sübut etməkdədir.
🍁 Neftdən xəbər verməsi: “O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi. Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi”. Alimlər, yerin üz qabığının canlı qalıqlar olduğunu, sonra bu qalıqların böyük bir geolojik təsirlərlə yerin dibinə getdiyini və orada xüsusi bir qarışımla neftə və qaza döndüyünü müəyyən etmişlərdi.
🍁 Su və həyat: “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyəayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir)”. Bu ayə bütün canlıların həyatının sudan ibarət olduğunu sübut etməkdədir.
🍁 Atom nüvəsi və elektronlar: “And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara; (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə)”. Bu ayədə yer alan Xunnes atom nüvəsi, Künnəs isə axıb gedən elektronlardır. Küləyin sirrləri: “Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır”. Külək sərinlətməkdə, havanı təmizləməkdə və oksigen verməkdədir. Bitki toxumlarını yaymaqda və onların döllənməsində küləyin əhəmiyyəti böyükdür.
🍁 Barmaq uclarındakı izlər: Günümüzdə barmaq ucları cəza törədənləri ələ verməkdədir. İnsanlar barmaq uclarında kimliklərini daşımaqdadırlar. Elm XIX əsrə qədər bundan xəbərsizdir. 1856-cı ildə Gen Gissen adında bir ingilis barmaq uclarında olan xətlərin hər insanda fərqli olduğunu kəşf etmişdir. Halbuki Quran 14 əsr əvvəlcədən bunu bildirmişdir. “Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!”.
🍁 Dəniz sularının bir-birinə qarışmaması: “(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar)”. “Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!”. Cəbəllütariq boğazını görüb, bu həqiqətləri açıqlayan ayəni eşitdikdən sonra Kapitan Kousteau müsəlman olmuşdur.
🍁 Kainatda olan elmi həqiqətlərə işarət: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!”. Planetlər arası dövr: “Üfüqlərdə olan qüdrətimizi göstərəcəyik. And içirəm şəfəqə, Gecəyə və (gecənin) qoynuna aldıqlarına, sizlər haldan hala düşəcəksiniz. (təbəqədən-təbəqəyə aya gedəcəksiniz)”. Bu ayələr insanların bugün aya çıxmalarına işarət edir.
🍁 Külək sürəti ilə gedilə biləcəğinə işarət edən ayələr: “Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq”. Suyuti təfsirində: Bu bir yolu bir gündə bitirir demişdir. Merac gecəsində Peyğəmbərimizin Burak miniyi ilə getməsi kimi hadisələr işıq sürəti ilə gedə biləcəyinə işarət edir.
🍁 Yağışın ölçü və nizamla yağması: Yağışın yağması bir ölçü və düzən içindədir. Yerdən qalxan buxarların soyuq təbəqələrdə toplanıb yağış olaraq yağması, torpağa düşməsi, sulaması, otlara həyat verməsi, suların yığılması və kirliliklərin təmizlənməsi ancaq bir ölçü və düzənə bağlıdır. “O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız!”.
🍁 Yerin və göyün qaz halında olması: Alimlərin son əsrlərdə apardığı tədqiqatlarda yerin və göyün qaz halında olmasını təspit etmişlərdi. Amma Quran bunu 14 əsr əvvəlcədən xəbər vermişdir. “Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər”.
🍁 Yer üzərində mövcud olan tarazlıq: Quranda kainatın bir nizam və ölçü içində olduğu bildirilmişdir. “Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik”.
🍁 Bunlardan başqa Quran, yerdə və göydə var olan sirrlərdən, oksigendən, kainatın yaradılışından, qəlblərdə ki, sirrlərdən bəhs edir və bir çox elmi həqiqətlərə işıq tutur. Quran elmə, biliyə, təhsilə əhəmiyyət vermiş və ağıl ilə hərəkət edərək elmi həqiqətlərə çatmanın yolunu göstərmişdir.
🎥 Nihad müəllim Şahbazov ©
Şərhlər
Fikir Bildir